Kupçalı, Panoramalı Qanuni 2 Otaqlı Mənzil
Yeni Yasamalda, Bravo Marketin yanında yerləşən qanuni 2 otaqlı mənzil satışdadır. Bu ərazidə bu vəziyyətdə və bu qiymətə qanuni 2 otaqlı mənzilə nadir hallarda rast gəlinir.
• Kupçalıdır
• 20 mərtəbəli binanın 15-ci mərtəbəsi
• Qanuni 2 otaq (istəyə uyğun 3 otaqlı studio kimi istifadə oluna bilər)
• Geniş mətbəx
• 2 açıq balkon
• Qarşısı tam açıq, şəhər panoramalı mənzərə
• 1 sanitar qovşaq
• Sakit və səs-küydən uzaq yerləşmə
Mənzildə kombi sistemi, kondisioner, internet, daimi qaz, su və işıq mövcuddur. Balkonda tavana qədər quraşdırılmış geniş şkaf var.
Kompleksin üstünlükləri:
• 3 mərtəbəli yeraltı qaraj
• Şlaqbaumlu və mühafizə olunan giriş
• Domofon sistemi
• Təmiz və səliqəli həyət
• Marketlər, istirahət və əyləncə sahələri
• Blokdan həm həyətə, həm də liftlə birbaşa marketə çıxış
İnşaatçılar metrostansiyasına piyada 7-8 dəqiqəlik məsafədə yerləşir. Yaxınlıqda avtobus dayanacağı və bütün zəruri infrastruktur mövcuddur.
Qiymət əşyasız satış üçün nəzərdə tutulub, bəzi mebellər razılaşma əsasında qala bilər. Qarajda mənzilə aid ödənişli parkinq yeri mövcuddur.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Mənzilin videosu var və maraqlanan şəxslərə təqdim oluna bilər.